12:44
13 Mart 2020

Ronaldonun koronavirus testinin cavabı AÇIQLANDI

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo koronavirus epidemiyası ilə bağlı testdən keçib.

Apasport.az saytının məlumatına görə, ölkəsi Portuqaliyada karantinə alınan 35 yaşlı forvardın testinin nəticəsi açıqlanıb.

Portuqaliya Səhiyyə Nazirliyi superulduzda koronavirus xəstəliyinin aşkarlanmadığını bəyan edib. Bununla belə, milli komandanın kapitanı klubuna qoşulmaq üçün hələlik İtaliyaya göndərilməyəcək.

Qeyd edək ki, “Yuventus”un müdafiəçisi Daniele Ruqanidə koronavirus xəstəliyi aşkarlandığından, Ronaldo doğulduğu şəhər olan Madeyrada karantinə alınıb.

Dİgər xəbərlər