"İnsanlıq xətrinə hadisəni törədəni dəqiqləşdirin"- Müəmmalı qəza - VİDEO
12 mart 2020 15:47 (UTC +04:00)

"İnsanlıq xətrinə hadisəni törədəni dəqiqləşdirin"- Müəmmalı qəza - VİDEO

Bu il fevralın 6-da mediada Bakının Mehdiabad qəsəbəsində baş verən qəza haqqında məlumat verilib. Həmin məlumatda naməlum “Hunday” markalı avtomobilin 32 yaşlı Oruc Ələsgərovun idarə etdiyi motosikletə çırpılması və zərbənin təsirindən motosikletin yol kənarında dayanan qadına xəsarət yetirməsi əks olunub.

Hadisə ilə əlaqədar araşdırmanın gedişindən narazılıq edən motosikletin sürücüsü Oruc Ələsgərov Lent.az-ın kamerasına danışıb. Həmsöhbətimiz hadisənin necə baş verməsi haqqında məlumat verdikdən sonra qəzaya səbəb olan sürücüyə səslənərək, üzə çıxmasını xahiş edib.

Abşeron Rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, hadisə ilə bağlı araşdırma davam edir. Oruc Ələsgərovun hadisədə günahkar olub-olmaması ilə bağlı hazırda qəti rəy yoxdur. Verilən məlumata görə, bunun araşdırmanın nəticəsində müəyyən edəcəklər. Həmçinin Rayon Polis İdarəsindən bildirildi ki, “Hunday” markalı avtomobil motosikletə dəyib qəza törətməyib. 

Qeyd edək ki, hadisə nəticəsində motosikletin sürücüsü Oruc Ələsgərov və 49 yaşlı Arzu Əkbərova müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

# 5781
avatar

Mehman Nəbiyev

Oxşar yazılar