14:42
12 Mart 2020

“O, Messi ilə eyni səviyyədədir”


“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsinin “Liverpul”la cavab oyunundan sonra açıqlama verib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, o, səfər qarşılaşmasındakı 3:2 hesablı qələbəni şərh edib.

Simeone söhbət əsnasında komandasının qapıçısı Yab Oblak haqda müsbət fikirlər səsləndirib: “Bu nəticəyə görə çox sevinirəm. Olduqca təhlükəli rəqibə qalib gəldik və qitənin ən güclü 8 komandasının sırasına daxil olduq. “Liverpul” əla oyun nümayiş etdirdi, azarkeşləri rəqibi daha da ruhlandırırdı. Ancaq vəziyyəti öz xeyrimizə dəyişməyi bacardıq. 5-4-1 taktiki sxeminə keçməyimiz təhlükəli əks-hücumlar qurmağımıza şərait yaratmalıydı, elə də oldu. Qapıçımız inamlı təsir bağışladı. Oblakın dünyanın ən güclü qolkiperi olduğuna şübhəm yoxdur. “Barselona”nın Messisi varsa, bizim də Oblakımız var. O, Leo ilə eyni səviyyədədir, əksər oyunlarda nəticəyə təsir edir”.

Dİgər xəbərlər