Azərbaycan iqtisadiyyatı bu il 2,8% artıb
11 mart 2020 09:18 (UTC +04:00)

Azərbaycan iqtisadiyyatı bu il 2,8% artıb

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8% artaraq 12 578,0 mln. manat təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə qeyri neft-qaz ÜDM-i 6,7% artaraq 7 554,2 mln. manata çatıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 1 263,7 mln. manata bərabər olub və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9% artıb.

# 794
avatar

Oxşar yazılar