“Siyasi partiyalar haqqında” yeni qanun hazırlanır
10 mart 2020 17:39 (UTC +04:00)

“Siyasi partiyalar haqqında” yeni qanun hazırlanır

“Siyasi partiyalar haqqında” qanunun yeni variantı hazırlanır.

APA-nın məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev AzTV-yə müsahibəsində bildirib.

S. Mirzəyev deyib ki, qanun müasir tələblərə uyğun olacaq: “Prezident İlham Əliyev də bu gün Milli Məclisdə çıxışında vurğuladı ki, pozitiv fəaliyyətdə olan bütün partiyalar ölkədə baş verən hadisələrə yaxından cəlb olunmalıdır. Bu gün parlamentdə bütün komitələrinin sədr müavinləri müxalif partiyalardan keçilib. Milli Məclisin rəhbərliyində də müxalif deputat təmsil olunur. Bütün bunlar göstərir ki, “Siyasi partiyalar haqqında qanun”a lazımi dəyişikliklər etməliyik ki, partiyalar cəmiyyətdə daha fəal rol oynasın”.

# 1382
avatar

Oxşar yazılar