Koronavirus Trampın tədbirinə də gedib çıxdı - Ağ Evdən AÇIQLAMA
09 mart 2020 14:34 (UTC +04:00)

Koronavirus Trampın tədbirinə də gedib çıxdı - Ağ Evdən AÇIQLAMA

ABŞ prezidentinin qatıldığı tədbir iştirakçılarının birində koronavirus aşkarlanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Mühafizəkarlar Partiyası Merilend əyalətində prezident Donald Tramp və köməkçisi Mayk Pensin iştirakı ilə toplantı təşkil edib.

Partiyadan verilən açıqlamada tədbir iştirakçılardan birində koronavirus aşkarlandığı bildirilib.

Məlumata görə, Tramp hökumətinin vəziyyətdən xəbərdar olduğu qeyd olunub. Ağ Ev sözçüsü Stefan Qrişam açıqlamasında Tramp və  ailəsinin,  həmçinin Pensin, Ağ Ev nümayəndələrinin həmin şəxsdən qorunması üçün bütün tədbirlərin görüldüyünü bildirib.

Xatırladaq ki, tədbir bu il fevralın 29-da baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1948
avatar

Mehman Nəbiyev

Oxşar yazılar