451
05:14
09 Mart 2020

ABŞ-da baykerlər arasında atışma: ölən və yaralananlar var

ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində baykerlər arasında kütləvi atışma baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə “cleveland” xəbər portalı məlumat yayıb.

Polisin bildirdiyinə görə, buna səbəb gecə klubunda baykerlər arasındakı mübahisə olub.

Mübahisə edənlər klubdan çıxarılsa da, sonradan onlar silahla geri dönüblər və atəş açbılar. Qarşı tərəf də odlu silahdan istifadə edib.

48 yaşlı kişi çoxsaylı güllə yarasından hadisə yerində ölüb. 17 nəfər yaralı yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb. Həbslər barədə hələlik rəsmi məlumat verilməyib.