1894
15:46
08 Mart 2020

Qonşu ölkədə bir gündə koronavirusdan onlarla insan öldü

İranda 24 saat ərzində koronavirusa yoluxmuş 49 nəfər ölüb.

Lent.az -ın IRINN telekanalına istinadən xəbərinə görə, İran Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib ki, bu il fevralın 19-dan indiyə kimi koronavirusdan 194 insan ölüb.

Bir sutka ərzində 50-yə yaxın insanın ölməsi faktı ilk dəfə qeydə alınıb.