852
16:36
06 Mart 2020

Ərdoğandan koronavirusla bağlı TÖVSİYƏ: "Qucaqlaşmayaq, öpüşməyək”

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Büyük Çamlıca məscidində cümə namazında iştirak edib.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, Ərdoğan dünyada yayılan koronavirus xəstəliyi ilə bağlı öz tövsiyələrini verib.

“Məlum olduğu kimi dünyada koronavirus xəstəliyi yayılıb. Mümkündürsə indilərdə qucaqlaşmağı, öpüşməyi təxirə salaq”, - Türkiyə Prezidenti qeyd edib.