Manaf Elzanın cavabını verdi: "Kişi olsaydın, səni..."
06 mart 2020 12:10 (UTC +04:00)

Manaf Elzanın cavabını verdi: "Kişi olsaydın, səni..."

Əməkdar artist Elza Seyidcahanın müğənni Manaf Ağayev barədə dediyi sözlər cavabsız qalmayıb.

Lent.az-ın məlumatına görə, “Hər şey daxil” verilişində qonaq olan Manaf Elzanın “Gəncləri korlayan Manaflar, Mətanətlər var” fikirlərinə bu cür reaksiya verib:

“Cavanşir Məmmədov, Firuzə İbadova, Gövhər Rzayeva, Şəbnəm Tapdıq mənim barədə yaxşı danışdı. Barəmdə danışmağa haqları da var idi. Haqqımda danışan Elzanın sənəti yoxdur. O, vacib deyil. Sənətim haqda Habil Əliyev, Ağaxan Abdullayev, Niyaməddin Musayev sözlərini deyiblər. Mənim nə boyda sənətim var, onu bilirlər. Sənətkar desə, inciməzdim. Oxumaqdan xəbəri yoxdur. Dediyi ləzzət etmir. Bir də ki, “Manaflar” deyir. Onun oxumağı var ki? Yaxşı oxuyan olsa, toya gedər. Bu, mənim janrımdır, oxu tərzimdir. Fəxr edirəm ki, oxuyuram. Cavanlar da hamısı mənim kimi oxumaq istəyir. Özümü harada görürəm, onu oxuyuram.

Elza xanım, sizə heç nə demirəm. Çünki kişiyəm. Ömü rboyu müdafiə etmişəm. Bu dəqiqə həyəcanlısan. Kaş, sizin yerinizə bu sözü hansısa kişi deyərdi. Onu həmin gecə yoluna qoymuşdum. Yediyim çörəyə tüpürmürəm. Sizin evinizdə olmuşam. Elzanın 8 Mart bayramını təbrik edirəm. Qadınla nə danışım? Ona nə deyim? Bir söz deyəcəm, deyəcəklər ki, centilmen olardın, sən kişisən”.

# 6085
avatar

Yalçın UĞUR

Oxşar yazılar