1249
06:20
05 Mart 2020

Meksikada aslanlardan qorunmaq üçün 13 məktəb bağlandı

Meksika ştatında Valle de Bravo bələdiyyəsinin rəsmiləri aslanların hücum təhlükəsi səbəbindən 13 məktəbdə dərsləri ləğv edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü regional təhsil şöbəsi facebook səhifəsində məlumat yayıb.

Şagirdlərin təhlükəsizliyini təmin etmək üçün yeni xəbərdarlığa qədər 7 ibtidai, 6 orta məktəbdə dərslərin dayandırıldığı bildirilib. Bildiriş Pinal-de-Marqesado və Serro-Qordo bölgələrinə aid edilib.

“El Universal” qəzetinin yazdığına görə, martın 1-də Valle de Bravoda taksi sürücüsü vəşhi heyvanın qurbanı olub.

Yırtıcıların axtarışını davam etdirən yerli hökumət ətrafda yaşayan sakinləri zərurət olmadan evləri tərk etməməyə çağırıb.