Bakı sakinləri koronavirusdan necə qorunurlar? - VİDEO
03 mart 2020 16:21 (UTC +04:00)

Bakı sakinləri koronavirusdan necə qorunurlar? - VİDEO

Əhalinin koronavirusdan necə qorunduğunu öyrənmək üçün Lent.az Bakının “28 may” metrostansiyası yaxınlığında sorğu keçirib. Bu zaman bəzilərinin virusdan qorunmaq üçün tədbirlər gördüyünü öyrəndik. Əksəriyyət apteklərdə virusdan qorunmaq üçün lazımlı vasitələrin qalmamasından şikayətlənib.

Həmçinin apardığımız müşahidə zamanı maskadan istifadə edən insanların əvvəlkinə nisbətən xeyli çoxaldığını gördük.

Ancaq Lent.az-ın kamerasına danışanlar arasında ümumiyyətlə bu virusa əhəmiyyət verməyənlər də oldu.

Ötən həftə Azərbaycanda da koronavirusa yoluxma halı rəsmən təsdiqləndi. Dünən Nazirlər Kabineti bütün təhsil ocaqlarında tədrisin dayandırılması barədə qərar verdi. Virusun daha çox yayılmasının qarşısını almaq üçün martın doqquzuna qədər məktəblərdə, uşaq bağçalarında, peşə təhsil məktəblərində və ali təhsil ocaqlarında dezinfeksiya işləri aparılacaq. Son zamanlar isə apteklərdə spirt və qoruyucu maska qıtlığının yaranması insanlar arasında təşvişi daha da artırıb.

# 7973
avatar

Mehman Nəbiyev

Oxşar yazılar