11:30
03 Mart 2020

“Milan” 73 yaşlı məşqçi ilə danışığa başladı

“Milan” klubunun baş məşqçisi postunda dəyişiklik ola bilər.

Lent.az -ın “Corriere dello Sport” nəşrinə istinadən məlumatına görə, “rossonyerlər” hazırkı çalışdırıcı Stefano Piolidən tam razı deyillər.

“Milan” rəhbərliyi bu vəzifəyə təcrübəli mütəxəssis Fabio Kapellonu gətirmək istəyir. 73 yaşlı məşqçi 2018-ci ildən işsizdir. “Qırmızı-qaralar”ın icraçı direktoru İvan Qazidis açıqlamasında Kapello ilə danışıq apardıqlarını təsdiqləyib.

Qeyd edək ki, “Milan” A Seriyasında hazıra 7-ci pillədə qərarlaşıb.

Dİgər xəbərlər