Yüksək kalorili qidalar uzunömürlülüyə mane olur?
03 mart 2020 09:50 (UTC +04:00)

Yüksək kalorili qidalar uzunömürlülüyə mane olur?

Çoxları yüksək kalorili qidaların orqanizm üçün faydalı olduğunu düşünür. Amma ABŞ və Çindən olan alimlər, geniş miqyaslı bir araşdırma apararaq, çox yaşamaq üçün  yüksək kalorili qidalardan vaz keçməli olduğunu müəyyən ediblər.

e-tibb.az xəbər verir ki, mütəxəssislər, laboratoriyada uzun müddət eyni pəhrizdə saxlanılan siçovulları müşahidə ediblər. Bu pəhrizin 30% kalorisi azalmış norması ilə nəticələri müqayisə ediblər.

Alimlər, böyrək, qaraciyər, aorta, dəri, əzələ və yağ toxuması, sümük iliyi və baş beynin cəmi 170 min hüceyrəsinin analizini aparıblar.

Məlumata görə, bu, laboratoriyada izlənilən gəmiricilərin orqanizmində hüceyrə səviyyəsində dəyişiklikləri qiymətləndirilən ilk araşdırmadır.

Nəticələr göstərib ki, bədənin qocalması zamanı baş verən mənfi hüceyrə dəyişikliklərinin əksəriyyəti yüksək kalorili qidalarla qidalanan heyvanlarda daha sürətlə davam edir. Belə ki, yüksək kalorili qida qəbul edən siçovulların  immun sistemi  və lipid metabolizması ən çox zərər çəkib.

# 2707
avatar

Oxşar yazılar