Zöhrə Abdullayeva bununla barışa bilmir: "Səbr tapmamışam"
03 mart 2020 09:04 (UTC +04:00)

Zöhrə Abdullayeva bununla barışa bilmir: "Səbr tapmamışam"

Əməkdar artist Zöhrə Abdullayeva dünyasını dəyişən oğlu barədə danışıb. Lent.az-ın məlumatına görə, müğənni “7 canlı” verilişində deyib ki, oğlunun ölümü ilə barışa bilmir:

 

“Dekabrın 5-də Məşhəd ziyarətində idim. İmam Rzanın ziyarətgəhında diz çökdüm, dedim “Allahım, dözə bilmirəm. Ya mənim canımı burada al, ya da mənə səbr ver”. Elə bil qəlbimə bir az su çiləyib. İndi dildə danışıram ki, guya səbr tapmışam. Elə deyil, gecələr ulayıram. Səbr tapmamışam”.

# 2330
avatar

Yalçın UĞUR

Oxşar yazılar