500
02:57
02 Mart 2020

Bağdadda ABŞ səfirliyinin yerləşdiyi "yaşıl zona" raket hücumuna məruz qalıb

Bağdaddakı “yaşıl zona” raket zərbələrinə məruz qalıb.

APA xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, dövlət qurumlarının və diplomatik missiyaların, eləcə də ABŞ səfirliyinin yerləşdiyi bölgəyə iki raket mərmisi atılıb. Bundan sonra bölgədə həyəcan siqnalı işə düşüb. İlkin məlumata əsasən, raketlər Bağdadın şərq hissəsindən buraxılıb.

Yaralananlar və dağıntılar barədə hələ ki məlumat verilmir.