19:15
01 Mart 2020

“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri sərbəst buraxılıb - YENİLƏNİB

“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir Boztəpə sərbəst buraxılıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Mahir Boztəpə saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Mahir Boztəpə barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladılıb.

18:12

“Sputnik” İnformasiya Agentliyinin Türkiyə Bürosunun rəhbəri Mahir B. İstanbulda saxlanılıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, Mahir B. barəsində Türkiyə Cinayət Məcəlləsinin 301 və 302-ci maddələrinə əsasən istintaq başladıb.

Mahir B. Baş Prokurorluğun təlimatı əsasında saxlanılaraq polis idarəsinə aparılıb.

“Sputnik” əməkdaşı barəsində istintaq davam edir.

Dİgər xəbərlər