1172
22:57
29 Fevral 2020

ABŞ-da koronavirusdan ilk ölüm hadisəsi qeydə alındı

ABŞ-ın Vaşinqton ştatında koronavirusa yoluxanlardan bir nəfər ölüb.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Səhiyyə rəsmiləri bildirib.

Qeyd edilib ki, bu, ABŞ-da koronavirusdan ilk ölüm hadisəsidir.

Açıqlamaya görə, ölüm faktı Bakı vaxtı ilə 22 radələrində qeydə alınıb.

Bildirilib ki, bununla bağlı keçiriləcək mətbuat konfransında ətraflı məlumat veriləcək.