"Məktəblərin bağlanması müzakirə olunmur” - Baş infeksionist
28 fevral 2020 18:11 (UTC +04:00)

"Məktəblərin bağlanması müzakirə olunmur” - Baş infeksionist

“Məktəb və bağçalarda dezinfeksiya işləri aparılır”.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

“Xəstə uşaqların məktəbə və bağçaya aparılmaması lazımdır. Hazırda məktəblərin bağlanması müzakirə olunmur. Koronavirus o qədər geniş yayılmayıb ki, bu cür qərar verilsin. Koronavirusun yayılması genişlənərsə məktəb və universitetlərin bağlanmasından söhbət gedə bilər”, -  C. İsayev qeyd edib.

# 4348
avatar

Oxşar yazılar