Bakıda külli miqdarda yararsız ət aşkarlandı
28 fevral 2020 18:04 (UTC +04:00)

Bakıda külli miqdarda yararsız ət aşkarlandı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarı adlanan ərazidə fiziki şəxs Həsənov İlqar Orucəli oğluna məxsus ət tədarükü sahəsinə baxış keçirib. 

AQTA-dan Lent.az-a bildirilib ki, həmin sahədə soyuducularda ümumi çəkisi 635 kiloqramdan artıq mənşəyi məlum olmayan ət aşkarlanıb. Ətin satış məqsədilə müxtəlif rayonlardan tədarük edildiyi məlum olub.

Yoxlama zamanı ətin rənginin qara, kəskin qoxulu və səthinin selikli olduğu müşahidə edilib. Bununla yanaşı, ətin mənşəyi ilə bağlı heç bir sənəd AQTA əməkdaşlarına təqdim olunmayıb.

Aşkarlanan ətlər müsadirə edilərək saxlanca verilib və götürülən nümunələr sınaqların aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

# 847
avatar

Aygün İbrahimli

Oxşar yazılar