İstirahət günlərinin hava PROQNOZU
28 fevral 2020 17:32 (UTC +04:00)

İstirahət günlərinin hava PROQNOZU

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.  Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin martın 1-də gündüz yağıntılı olacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz  10-15, dağlarda gecə 1-6, gündüz 5-10 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz  9-14 dərəcə isti olacaq.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 29-da axşam, martın 1-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7, gündüz  10-15 dərəcə  isti olacaq.

Naxçıvan MR-da havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  8-13 dərəcə  isti olacaq.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Güclü şimal-qərb küləyi gündüz saatlarında mülayimləşəcək.

Havanın temperaturu  gecə  5-7,  gündüz  9-11 dərəcə isti olacaq.                  

                                                                                                               

# 2365
avatar

Aygün İbrahimli

Oxşar yazılar