Azərbaycanı "Eurovision 2020"də təmsil edəcək qızdan AÇIQLAMA
28 fevral 2020 14:20 (UTC +04:00)

Azərbaycanı "Eurovision 2020"də təmsil edəcək qızdan AÇIQLAMA

Bu il Azərbaycanı “Eurovision 2020” mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndi təəssüratlarını bölüşüb. Lent.az-ın məlumatına görə, ifaçı instaqram səhifəsində bu sözləri yazıb: “Günün ən gözəl xəbəri! Azərbaycanı təmsil edəcəyim üçün çox şadam. Mənə inanan hər kəsə təşəkkür edirəm! Avropada musiqimizlə səs salmaq üçün tam gücümlə çalışacağam”.

 

Xatırladaq ki, İctimai Televiziya bu gün açıqlama yayaraq bildirib ki, bu il Azərbaycanı sözügedən yarışmada Samirə Əfəndi təmsil edəcək.

 

Məlumat üçün bildirək ki, S. Əfəndi “Yeni ulduz”, “Böyük Səhnə” (3-cü yer) və “Səs Azərbaycan” (3-cü yer) kimi məşhur musiqi layihələrində güclü vokal səsi ilə yaddaşlarda qalıb. Samira Əfəndi 2017-ci ildə Almatıda “Silk Way Star” (3-cü yer) Beynəlxalq vokal televiziya layihəsinə, 2019-cu ildə isə Qazaxıstan Respublikasında keçirilən “Voice of Nur-Sultan” Beynəlxalq festivalına qatılıb.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Open up!” (“Açıl!”) olan “Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq. Azərbaycan təmsilçisi “Eurovision-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

# 3352
avatar

Yalçın UĞUR

Oxşar yazılar