Bakıda quldurlar saxlanıldı
28 fevral 2020 11:39 (UTC +04:00)

Bakıda quldurlar saxlanıldı

Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Biləsuvar rayon sakini A.Əliyev Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edərək fevralın 27-də Bakıxanov qəsəbəsi ərazisində 2 nəfərin ona bıçaqla hədə-qorxu gəlib 400 manatını aldıqlarını, daha sonra isə “Audi” markalı avtomobildə hadisə yerini tərk etdiklərini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakinləri G.Həsənquliyev, Ə.İbrahimov və avtomobilin sürücüsü Bakı şəhər sakini E.Qədirzadə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb və araşdırma aparılır.

# 801
avatar

Mehman Nəbiyev

Oxşar yazılar