Koronovirusla əlaqədar Bakı Limanında qaynar xətt yaradıldı
28 fevral 2020 11:28 (UTC +04:00)

Koronovirusla əlaqədar Bakı Limanında qaynar xətt yaradıldı

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin koronavirusun yayılması xəbərləri fonunda qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma məqsədilə qaynar xətti fəaliyyət başlayıb.

Bakı Limanından "APA-Economics"ə verilən məlumata görə, dünya üzrə koronavirusun yayılması xəbərləri fonunda Bakı Limanı ərazisində mövcud nəzarət buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Limana daxil olan sərnişinlər Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə xüsusi avadanlıqlar vasitəsilə yoxlanılır.

Məlumata əsasən, liman və Komitə əməkdaşları müvafiq mühafizə preparatları ilə təmin olunub, sərnişinlərin keçid məntəqələri vaxtı-vaxtında dezinfeksiya olunur. Səhiyyə Nazirliyinin təcili tibbi yardım avtomobilləri ərazidə daim fəaliyyət göstərir.

"O cümlədən, qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma məqsədilə +994 55 450 78 84 nömrəli qaynar xətt fəaliyyət göstərir", - məlumatda qeyd olunur.

# 1302
avatar

Oxşar yazılar