İdlibdə Türkiyənin 33 hərbçisi şəhid oldu - YENİLƏNİB
28 fevral 2020 05:35 (UTC +04:00)

İdlibdə Türkiyənin 33 hərbçisi şəhid oldu - YENİLƏNİB

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub,

APA "Anadaolu"ya istinadən xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

"Millətimizin başı sağ olsun" deyən vali ağır yaralanan hərbçilərdən bir neçə nəfərinin dünyasını dəyişərək şəhid olduğunu vurğulayıb. 

***

03:07


İdlibdə Türkiyə Silahlı Qüvvələrinin 29 hərbi qulluqçusu şəhid olub, 36 hərbçi isə yaralanıb.

APA NTV kanalına istinadən xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

***

01:40

Hatay valisi Rahmi Doğanın Türkiyənin NTV kanalına verdiyi son açıqlamaya görə, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində şəhid sayı artıb. Vali 22 türk əsgərinin şəhid olduğunu bildirib.

***

saat 01:00

İdlibdə Türkiyə Silahlı Qüvvələri hava hücumuna məruz qalıb, 9 türk əsgəri şəhid olub.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Hatay valisi Rahmi Doğan bildirib. 

Vali əlavə edib ki, hücum zamanı Türkiyənin bir neçə hərbi qulluqçusu da yaralanıb.

Qeyd edək ki, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında təcili toplantı keçirib.

Toplantıda Türkiyənin Müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak edib.

 

# 4482
avatar

Oxşar yazılar