Gənc hündürlükdən yıxıldı: vəziyyəti orta-ağırdır
27 fevral 2020 22:19 (UTC +04:00)

Gənc hündürlükdən yıxıldı: vəziyyəti orta-ağırdır

 

Daşkəsən sakini ehtiyatsızlıqdan xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun T.İsmayılov küçəsində qeydə alınıb.

1996-ci il təvəllüdlü Namazov Fazil Faiq oğlu yaşadığı evdə iş görən zaman hündürlükdən yıxılıb. 24 yaşlı oğlan dərhal xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

# 907
avatar

Oxşar yazılar