Polis çay evində əməliyyat keçirdi: saxlanılan var
27 fevral 2020 19:16 (UTC +04:00)

Polis çay evində əməliyyat keçirdi: saxlanılan var

Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rüstəm Fərzi oğlu Rzayev şübhəli şəxs qismində saxlanılıb.

R. Rzayevin icarəyə götürərək işlətdiyi Kürdəmir şəhəri, C. Cabbarlı küçəsində yerləşən “Arxın üstü” adlanan çay evində keçirilən axtarış zamanı, 1 ədəd poletilen torbada təmiz çəkisi 24,87 qram olan çətənə bitkisinin toxumları, 1 ədəd siqaret bükümü halına bükülmüş içərisində 0,80 qram narkotik vasitə olan qurudulmuş marixuana, 2 ədəd poletilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 65,008 qram, 10,358 qram; ümumi təmiz çəkisi 75,366 qram narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

# 1030
avatar

Oxşar yazılar