683
18:49
27 Fevral 2020

Bakıda işıqforların fəaliyyəti bərpa olundu - YENİLƏNİB

Elektrik kəsintisi ilə əlaqədar işində fasilə yaranan svetoforların fəaliyyəti artıq bərpa olunub.

Bu barədə Lent.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

***

17:26

Elektirik enerjisinin kəsintisi ilə əlaqədar Bakı Metropoliteninin “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Koroğlu” stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının vaxtında aradan qaldırılması məqsədi ilə operativ tədbirlər həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyindən Lent.az -a verilən məlumata görə, hazırda qeyd edilən metrostansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir.

Həmçinin, elektrik enerjisinin kəsintisi ilə əlaqədar hazırda paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-ə yaxın kəsişmədə svetoforların fəaliyyəti dayanıb. Svetoforların işinin bərpası ilə bağlı hazırda müvafiq qurumlarla birgə operativ tədbirlər həyata keçirilir. Eyni zamanda svetoforların işləmədiyi kəsişmələr barədə aidiyyəti üzrə məlumat verilib və həmin kəsişmələrdə hərəkət Dövlət Yol Polisi əməkdaşları tərəfindən tənzimlənir.

Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.