Dünən Bakıda axtarışda olan 20 nəfər saxlanıldı
27 fevral 2020 09:39 (UTC +04:00)

Dünən Bakıda axtarışda olan 20 nəfər saxlanıldı

Ötən gün Bakı polisi tərəfindən 32 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 7, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 16 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 20 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

# 635
avatar

Mehman Nəbiyev

Oxşar yazılar