Azərbaycanda daha bir ailə DƏHŞƏTİ: ər arvadının...
27 fevral 2020 09:33 (UTC +04:00)

Azərbaycanda daha bir ailə DƏHŞƏTİ: ər arvadının...

Şirvanda ər arvadını öldürüb.

Lent.az-ın məlumatına görə, hadisə şəhərdə yerləşən Cənub Sənaye qovşağının inzibati binasında baş verib. 34 yaşlı Zəngilan rayon sakini Nağıyev Sahib İdris oğlu 36 yaşlı arvadı Nağıyeva Pərvanə Vaqif qızını əvvəlcə boğaraq, sonra boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Bu zaman əsas magistral damarın kəsilməsi P.Nağıyevanı həyatdan məhrum edib.

Bu barədə S.Nağıyev özü DİN “102” qaynar xəttinə məlumat verib. 

Faktla bağlı Şirvan şəhər prokurorluğunun və şəhər polis şöbəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər. P.Nağıyevanın meyiti müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza və patoloji anotomiya şöbəsinə göndərilib.

Hadisə ilə əlaqədar Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanılıb.

# 1374
avatar

Mehman Nəbiyev

Oxşar yazılar