Bakı-Sumqayıt yolunda iki "Mercedes" toqquşub, xəsarət alan var - FOTO
27 fevral 2020 05:09 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda iki "Mercedes" toqquşub, xəsarət alan var - FOTO

 

Bakı-Sumqayıt yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Bakının Binəqədi rayonu ərazisndə qeydə alınıb.

Sürücü Azər Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı minik maşını paytaxt istiqamətində hərəkətdə olan zaman Abbas Fərəcovun sükanı arxasında olduğu eyni markalı digər avtomobil arxadan ona çırpılıb. Nəticədə birincinin sərnişini xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırmalar aparılır.

# 875
avatar

Oxşar yazılar