1951
18:14
26 Fevral 2020

Azərbaycana ABŞ-dan 139 min başdan çox qoyun gətirilib

2019-cu ildə Azərbaycana 10 698,4 min ABŞ dolları dəyərində 139 701 baş qoyun idxal olunub.

"APA-Economics”in verdiyi xəbərə görə, 2018-ci il ilə müqayisədə ölkəyə qoyun idxalı dəyər ifadəsində 3 564,4 min dollar və ya 50% artıb. Say baxımından isə hesabat dövründə 31 106 baş və ya 29%-ə yaxın artım qeydə alınıb.

Hesabat ilində ölkəyə 50 052 baş qoyun (3 654,67 min dollar) Rusiya, 780 baş (55,04 min dollar) Ukrayna, 16 968 baş (1 652,11 min dollar) Qazaxıstan, 71 821 baş (5 304,41 min dollar) Gürcüstan, 80 baş (32,17 min dollar) isə Türkiyədən idxal olunub.

Qeyd edək ki, 2018-ci ildə ölkəyə qoyun idxalının dəyəri 7 134 min dollar təşkil edib. Həmin müddətdə ölkəyə 108 595 baş qoyun idxal olunub.