Azərbaycandan Rusiyaya qaçanda tutuldu
26 fevral 2020 17:53 (UTC +04:00)

Azərbaycandan Rusiyaya qaçanda tutuldu

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, bu il fevralın 23-də Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonu Şirvanovka kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Azərbaycan vətəndaşı, 37 yaşlı Soltanov Elşən Qismət oğlu sərhəd pozucusu qismində saxlanılıb. İlkin araşdırma zamanı onun dövlət sərhədindən rəsmi qaydada hərəkətinə tərəfindən məhdudiyyət qoyul­duğun­dan sərhədi qanunsuz olaraq keçməyə cəhd göstərməsi müəyyən olub.

Qeyd olunan tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazi­sin­də Beyləqan rayonu Əmirzeytli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxsin əraziyə yaxın­laşa­raq xüsusi gizlədilmiş yerdən bağlama götürmələri müşahidə olunub və onlar hadisə yerindən uzaqlaş­mağa cəhd edərkən sərhədçilər tərəfindən saxlanılıblar.

Saxlanılan şəxslərin Ağcabədi rayon Avşar kənd sakinləri, 40 yaşlı Mehdiyev Qərib Aqil oğlu, 46 yaşlı Mamedov Cabir Camal oğlu, Beyləqan rayon “Mil“ üzümçülük qəsəbə sakini, 53 yaşlı  Nəzərov Yusif Şəmil oğlu olması müəyyən edilib. Bağlamaya baxış keçirərkən, qara rəngli polietilen salafafanda  4374 qram olan narkotik vasitə olan marixuana və 254 qram metofitamin aşkar olunub. 

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 1233
avatar

Mehman Nəbiyev

Oxşar yazılar