861
14:08
26 Fevral 2020

Azərbaycanda transformator qəfil partladı: yaralı var - FOTO

Ağcabədi sakini yanıq xəsarəti alıb.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sarcalı kəndində qeydə alınıb. Ağdam rayon sakini İsmayılov Amil Hümbət oğlu subartezian quyusunu işə salmaq istəyərkən transformatorda qısaqapanma yaranıb və ani partlayış olub. Nəticədə A. İsmayılov xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.