1212
11:41
26 Fevral 2020

Bakıdakı dumanın səbəbləri AÇIQLANDI

Bakıda müşahidə olunan dumanın səbəbləri açıqlanıb.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın APA -ya verdiyi məlumata görə, hazırda paytaxtda müşahidə olunan duman təbii metereoloji hadisədir.

O qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması dumanın əmələ gəlməsinə şərait yaradıb.