Azərbaycanın bu  bölgəsinə güclü qar yağdı
26 fevral 2020 10:02 (UTC +04:00)

Azərbaycanın bu bölgəsinə güclü qar yağdı

 

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, fevralın 25-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Qarın hündürlüyü Qubanın Xınalıq kəndində 30, Qırızdəhnədə 15, Xaltanda 12, Qubanın mərkəzində isə 7 santimetrdir. 

Qusarın Ləzə kəndində 25, Xızının Altıağac qəsəbəsində isə 8 santimetr qar qeydə alınıb.

Ən aşağı temperatur Qubanın Xınalıq və Qusarın Ləzə kəndlərində olub. Bu ərazilərdə temperatur mənfi 15 dərəcəyədək düşüb.

# 2746
avatar

Oxşar yazılar