Bakıda bir günə 46 cinayətin üstü açıldı
26 fevral 2020 09:23 (UTC +04:00)

Bakıda bir günə 46 cinayətin üstü açıldı

Dünən Bakı polisi tərəfindən 46 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, onlardan 8-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, soyğunçuluq üzrə 3, xuliqanlıq üzrə 5, narkotiklərlə əlaqəli 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 19 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 20 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

# 775
avatar

Mehman Nəbiyev

Oxşar yazılar