Bakıda  qadını vuran sürücü hadisə yerindən qaçdı
25 fevral 2020 20:58 (UTC +04:00)

Bakıda qadını vuran sürücü hadisə yerindən qaçdı

 

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır kəllə-beyin travması alıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Mahmudova Heyran Vidadi qızı marketdən çıxarkən səkidə onu minik avtomobili vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. 

Qadın ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünün axtarışındadır.

 

# 1108
avatar

Oxşar yazılar