Daha bir ölkədə çempionat təxirə salındı – koronavirusa görə
24 fevral 2020 15:17 (UTC +04:00)

Daha bir ölkədə çempionat təxirə salındı – koronavirusa görə

 

Koronavirusun yayılması səbəbindən daha bir ölkədə futbol oyunları təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, Cənubi Koreya çempionatının startı təyin edilən vaxtda başlamayacaq.

Virusun ölkədə yayıldığını nəzərə alan yerli federasiya fevralın 29-da nəzərdə tutulmuş startın qeyri-müəyyən vaxta təxirə salınmasını qərara alıb. Hökumət vətəndaşlara izdihamlı yerlərə getməməyi məsləhət görüb ki, bunlar arasında stadionlar da var.

 

Qeyd edək ki, Cənubi Koreyada 700-dən çox insanda koronavirus aşkarlanıb. Artıq 7 nəfər bu səbəbdən vəfat edib.

# 1861
avatar

Oxşar yazılar