“Qətnamələr icra edilənə qədər qüvvədədir” - Hikmət Hacıyev
24 fevral 2020 09:56 (UTC +04:00)

“Qətnamələr icra edilənə qədər qüvvədədir” - Hikmət Hacıyev

“Qonşu Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması və BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə birgə keçirdiyi “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. 

H. Hacıyev deyib ki, bu konfrans Xocalı soyqırımının ildönümünə təsadüf edir: “Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğal pislənir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü təsbit edilir. Bu qətnamələrdə Azərbaycanın üzləşdiyi humanitar aspektlər də əksini tapıb. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxması tələb olunur. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı qətnamələri icra edilənə qədər qüvvədədir”.

 

Hikmət Hacıyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində qadınların aktiv rolu mühüm sayılır: “Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qadın üzvləri Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına mühüm rol oynayırlar. Azərbaycan münaqişənin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır”.

# 1149
avatar

Oxşar yazılar