13:31
23 Fevral 2020

İtaliyanın şimalında hərəkət məhdudlaşdırılıb - SƏBƏB

İtaliyanın şimalında koronavirus təhlükəsi ilə əlaqədar 50 min nəfərin yaşadığı 9 yaşayış qəsəbəsində hərəkət məhdudlaşdırılıb.

APA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, İtaliyada 79 nəfər koronavirusa yoluxub, 2 yaşlı şəxs ölüb.

İtaliya hökuməti sakinlərə həmin yaşayış qəsəbələrini tərk etmək qadağan edib.

Qeyd edək ki, virusa ən çox yoluxma Lombardiya əyalətində qeydə alınıb. Kodon şəhərində supermarket və restoranlar bağlanıb, insanlar küçələrdə maskalarla gəzirlər. Milanda isə bələdiyyə müəssisələri bağlanıb.

Dİgər xəbərlər