Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda 3-4 bal hiss edilib  - YENİLƏNİB
23 fevral 2020 10:38 (UTC +04:00)

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda 3-4 bal hiss edilib - YENİLƏNİB

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss edilib.

 

APA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.

10:18

 

Bu gün səhər saatlarında İranda güclü zəlzələ olub.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İranın Khoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

# 1578
avatar

Oxşar yazılar