Pakistanda mədən uçub: 8 ölü, 30 yaralı
22 fevral 2020 17:25 (UTC +04:00)

Pakistanda mədən uçub: 8 ölü, 30 yaralı

Pakistanın Buner dairəsində mərmər mədəninin uçması nəticəsində 8 fəhlə ölüb, 9 fəhlə yaralanıb.

APA-nın “Samaa” telekanalına istinadən verdiyi məlumata görə, uçqun baş verən mədən xeyli müddətdir, fəaliyyətini dayandırıb. Bədbəxt hadisə digər mədənlərdə işləyən fəhlələr bu mədənin ətrafında nahar edən zaman baş verib.

Uçqunun səbəbi hələlik məlum deyil.

Hadisə yerinə xilasedicilər cəlb olunub, bir neçə fəhlə dağıntılar altından çıxarılıb. Lakin 8-dən 30-dək fəhlənin hələ də dağıntılar altında qaldığı ehtimal edilir.

Xilasetmə işləri davam etdirilir.

Ölü sayının artacağı ehtimal edilir.

# 1229
avatar

Oxşar yazılar