4425
12:16
22 Fevral 2020

“Fatehin dini təhqir etməsini mənimlə unutdurmaq istəyirlər” - VİDEO

“Bir neçə gündür ki, başımın ətrafında fırlanan quşlardır, şimşəkdir nədir bilmirəm. Həmkarlarıma demək istəyirəm ki, o insanlar məni yaxşı tanıyır. Əvvəllər bir yerdə çalışmışıq. Əgər həmin kanalda çalışan rəhbərlik öz aparıcılarına nə işlə məşğul olduğunu bildirsə, daha yaxşı olardı”.

Bu sözləri Mətanət Əliverdiyeva İTV-nin aparıcıları Azər Aydəmir və Tural Yusifovun sosial şəbəkədə onun haqda yazdığı statuslarla bağlı deyib.

M.Əliverdiyeva bildirib ki, İTV-nin aparıcılarının niyyəti “Fatehin divanı” verilişindəki dinlə bağlı fikirləri unutdurmaqdır:

“Heç vaxt heç kimin işinə qarışmıram. Kiminsə mənimlə problemi varsa, kişidilərsə, mənə zəng etsinlər. Mətanət 18 il otaqda qalmayıb. Azərbaycana səs salıb, yaddaşda qalıb. Adam var ki, bir az görünməyən kimi unudulur, amma Mətanət 18 il unudulmadı. Heç kimin arxasınca yazmazlar. Mənim arxam belə maraqlıdırsa, qoy, yazsınlar. Bu verilişdə baş verənlər bitdi. Kimsə deyirsə ki, psixoloq lazımdırsa, əvvəlcə özlərini göstərsinlər. Hansınız anormalsınızsa, birinci özünüzə əlac qılın. Həmin kanalda nə problem var bilmirəm. Amma əgər aparıcılarının dinlə bağlı fikirlərini ört-basdır edirlərsə, bu, yanlış fikirdir. Ona görə də kanal rəhbərliyindən işçilərinə təpki göstərməyini istəyirəm. İclas etsin görsün onların nə problemi var? Yox, əgər şou istəyirlərsə, buna ehtiyac yoxdur. Hər şənbə məni izləsələr yaxşıdır”.


Əliverdiyeva həmkarlarının bəzilərinin onun paxıllığını çəkdiyini bildirib:

“O, aparıcıların hamısından iyrəndim. Fəxr edirəm ki, belə aparıcıyam. Hər addımbaşı izlənirəm, gündəmdəyəm, söz-söhbətin içindəyəm. Bunu yaradanlar isə həmkarlarımdır. Çox ayıb olsun. Məsələ artıq aydınlaşıb ki, necədir. Verilişin müəyyən hissəsinə baxıb ona uyğun reaksiya verirlər. Bu, özü savadsızlıqdır. Sonrasını bilmirlər nədir. Elə xoşbəxt insanam ki, heç bir həmkarımla, şou nümayəndəsi ilə problemim olmayıb. Kimi dindirsən ürəklə verilişimə gəlirlər. Çünki heç kimin işi ilə maraqlanmıram”.

Aparıcı qadına şiddətlə bağlı fikirlərinə yenidən aydınlıq gətirib:

“Deyirlər ki, qadına qarşı şiddəti təbliğ etmisən. Mən feminist insanam. Birinə bir şey olanda onu tanımadan sinəmi qabağa verirəm. Çöldə pişiyə nəsə olursa, ağlayıram. Baytar həkim çağırıram ki, dərdi ilə maraqlansın. Mən o aparıcılardan deyiləm ki, asqıran kimi çəkim özümü göstərim. İnstaqramda şəkillərimi belə görə bilməzsiniz. Kanal rəhbərliyinin xəbərdarlığı ilə bağlı məlumat yayılıb. Burada mənə xəbərdarlıqdan söhbət gedə bilməz. Mən sözlərimi məcazi mənada demişəm. Arada qrammatikanı oxusunlar. Dedim ki, insan bir balaca həyat yoldaşından çəkinməlidir. Demədim ki, zorakılıq, təpik... Mən özüm də həmin kişinin “gözünü çıxararam”. Oğlum həyat yoldaşına əl qaldırsa, birinci özüm onun “canını alaram”.

Qeyd edək ki, A.Aydəmir M.Əliverdiyeva haqda “Kanal reytinq vurğununu, özünəvurğunları niyə işdə saxlayır axı? Məktəblərdəki kimi TV-lərə də psixoloq yerləşdirmək lazımdır ki, aparıcıların psixoloji durumunu hər həftə yoxlasın? 18 il bir otaqda saxlamışdılar, efir üzünə həsrət qoymuşdular bir nəfəri... Qardaş bilirdi də neyləyirdi. Niyə bəyənmirsiz axı?” sözlərini yazmışdı.

Buna səbəb isə Mətanətin “Ən yaxşısı” verilişində qonağı olan Manaf Ağayevə “Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan” sualını ünvanlanması olub.

(Axşam.az)