2174
15:12
21 Fevral 2020

İranda koronavirusdan ölənlərin sayı artır

İranda daha 13 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, həmin 13 nəfərdən 7-i Qum, 4-ü Tehran və 2-i Azərbaycanla sərhəd bölgədə yerləşən Gilan əyalətindədir.

O bildirib ki, bu şəxslərin analizləri onların koronavirusa yoluxduğunu təsdiq edir.

K. Cahanpur əlavə edib ki, virusa yoluxanların əksəriyyəti Qum şəhərindəndir və ya son həftələr ərzində bu şəhərdən geri qayıdanlardır.

Qeyd edək ki, bir neçə gün öncə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.

Kiyanuş Cahanpur deyib ki, koronavirusa yoluxmaqda şübhəli bilinən daha iki nəfər həyatını itirib.

Bundan öncə də 2 nəfər Qum şəhərində ölmüşdü.