İki nəfər öldü: qaçan sürücü tutuldu
21 fevral 2020 13:46 (UTC +04:00)

İki nəfər öldü: qaçan sürücü tutuldu

Qaradağ rayonu, Ələt qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, fevralın 20-də saat 18 radələrində Salyan rayon sakini B.Bayramov idarə etdiyi “Ford Transit” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Zaman Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilə vurub. Zərbənin təsirindən nəqliyyat vasitəsi yolun kənarındakı reklam lövhəsinə dəyib. Nəticədə “KİA”nın sürücüsü Z.Abdullayev və sərnişini Seyfəddin Abbasov hadisə yerində ölüblər. B.Bayramov isə hadisə yerini tərk edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bayramov saxlanılıb.

Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

# 1070
avatar

Mehman Nəbiyev

Oxşar yazılar