702
11:20
21 Fevral 2020

İnsanları terror təşkilatına cəlb edən azərbaycanlıya hökm oxundu

Rusiyada Azərbaycan vətəndaşı həbs edilib.

Lent.az -ın məlumatına görə, Cənub Dairə Hərbi Məhkəməsi Azərbaycan vətəndaşı Anar Məmmədov barəsində hökm çıxarıb. O, Stavropol vilayətində insanları İraq-Şam İslam Dövləti (İŞİD) sıralarına cəlb etməkdə təqsirli bilinir. Məhkəmənin qərarına əsasən, A.Məmmədov 14 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A.Məmmədovun bu illər ərzində saxta Gürcüstan pasportu ilə Rusiyada gizləndiyi bildirilir.