1036
09:22
21 Fevral 2020

Çindən gələn tələbələrdə virus aşkarlanmayıb - RƏSMİ

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Lent.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, xəstəxanaya yerləşdirilən Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki tələbənin analizlərinin cavabı mənfi gəlib, yəni, onlarda hər hansı bir virus aşkarlanmayıb.
Gün ərzində onların evə buraxılacaqları gözlənilir.