125 saylı dairənin 11 məntəqəsində səsvermənin nəticələri ləğv edildi
20 fevral 2020 17:58 (UTC +04:00)

125 saylı dairənin 11 məntəqəsində səsvermənin nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 125 saylı Zəngilan Qubadlı seçki dairəsindən qeydə alınan namizəd Faiq Kərimovun və Nazim Azadoğlunun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Tofiq Həsənov  məlumat verib.

T. Həsənov bildirib ki, müraciətdə bir tərkibdə birləşdirilib: “Şikayətçilər müraciətində bildirib ki, səsvermədə az seçicinin iştirak etməsinə baxmayaraq, lider namizədin xeyrinə səslərin sayı artırılmış və digər qanun pozuntularına yol verilib. DSK-nın mübahisələndirilən qərarları və digər sənədlər araşdırma materiallarına əlavə edilib. 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlandığından bu məntəqələrdə səsvermənin nəticələrinin etibarsız sayılmasını təklif edirəm”.

MSK şikayəti müzakirəyə çıxarıb və yuxarıdakı seçki məntəqələrində nəticələrin etibarsız sayılması ilə bağlı qərar qəbul edilib. Şikayət qismən təmin edilib.

# 1387
avatar

Oxşar yazılar