Uşaqların ən pis yaşadığı ölkələr - SİYAHI
20 fevral 2020 12:55 (UTC +04:00)

Uşaqların ən pis yaşadığı ölkələr - SİYAHI

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və "The Lancet" tibb jurnalının nümayəndələrindən ibarət komissiya uşaqların rifahı baxımından dünya ölkələrinin reytinqini tərtib edib.

"APA-Economics"in məlumatına görə, reytinq hazırlanarkən komissiyanın mütəxəssisləri sağlamlıq, qidalanma və ölkələrin ekoloji vəziyyətini əhatə edən bir sıra göstəriciləri təhlil ediblər. Tədqiqat qeyd edilir ki, 0 ilə 0,24 arasında olan indeks göstəriciləri ən aşağı rifah səviyyəsini göstərir.

Qeyd olunur ki, dünya ölkələrindən heç biri uşaqları tam rifahla təmin etmir. Şübhəsiz, inkişaf etmiş ölkələrdə uşaqlar ən az inkişaf etmiş ölkələrdəki həmyaşıdlarından daha yaxşı yaşayırlar. Buna baxmayaraq, inkişaf etmiş ölkələrdə ekologiya daha pis vəziyyətdədir, əsasən də atmosferə atılan istixana qazları səbəbindən. 

Uşaqların ən pis yaşadığı 10 ölkə: 

#

Ölkə

İndeks

1

Mərkəzi Afrika Respublikası

0,06

2

Çad Respublikası

0,10

3

Somali

0,12

4

Niger

0,12

5

Mali

0,14

6

Qvineya

0,17

7

Nigeriya

0,18

8

Cənubi Sudan

0,19

9

Syerra-Leone

0,22

10

Əfqanıstan

0,22

# 1206
avatar

Oxşar yazılar